• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Paşinyan Putini niyə həbs etdirmək istəyir? - DETALLAR

SİYASƏT

27 Mart 2023 | 11:21 | Müəllif: Qalib İbrahimoğlu

Paşinyan Putini niyə həbs etdirmək istəyir? - DETALLAR

“Ermənistanın belə bir qərar verməsi o demək deyil ki, Vladimir Putin Ermənistana gedən kimi onu həbs edəcəklər”.

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Mübariz Göyüşlü Ermənistan Konstitusiya Məhkəməsinin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab etməsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarından anlaşılan odur ki, RF prezidenti Vladimir Putin Ermənistana səfər edəcəyi təqdirdə həbs oluna və Haaqa tribunalına verilə bilər.

Mübariz Göyüşlü: Ermənistan Rusiyanın təsir dairəsindən qaçmağa çalışır, Paşinyan hakimiyyəti bunun reallaşdırılmasına tələsir

M.Göyüşlü bildirib ki, bu işin siyasi mahiyyəti var. Onun sözlərinə görə, Ermənistan Rusiyanın müttəfiqi sayılır və bir neçə bloklarda bir yerdədilər. hətta bu iki dövlət yaxın müttəfiq sayılır:

“Yaxın müttəfiqin belə bir qərar verməsi Rusiya üçün mövcud böhranın dərinləşməsi deməkdir. Hesab edirəm ki, Rusiyanın Xarici İşlər Nazirliyi və digər strukturların və hətta orda yaşayan erməni əsilli şəxslərin Paşinyan hakimiyyətinə qarşı verdikləri bəyanatlara nəzər yetirdikdə, Ermənistanın ona cavab verməsinə səbəb olur”.

Müsahibimiz qeyd edib ki, Ermənistanın bu addımı Rusiya ilə münasibətlərdə böhranı dərinləşdirəcək:

“Paşinyan hakimiyyətinin də bu bəyanatı məhz Rusiya ilə münasibətlərin gərginləşməsinə hesablanıb. Ermənistan Rusiyanın təsir dairəsindən qaçmağa çalışır. Görünən budur ki, Paşinyan hakimiyyəti bu məsələnin reallaşdırılması üçün çox tələsir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026