• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Xankəndi-Laçın yolu: Aksiyanın 136-cı günü

SİYASƏT

26 Aprel 2023 | 08:53 | Müəllif: Qalib İbrahimoğlu

Xankəndi-Laçın yolu: Aksiyanın 136-cı günü

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc aksiya davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 136-cı günüdür.

Aksiya gecə saatlarında da davam etdirilib. İştirakçıları hər gün olduğu kimi bu səhər də Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Aksiyanın tələb və şüarları dəyişməz olaraq qalır. Belə ki, aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb edilir.

İştirakçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026