• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezident SOCAR-ın Bolqarıstandakı ofisinin açılışını etdi - YENİLƏNİB + FOTOLAR

SİYASƏT

25 Aprel 2023 | 22:15

Prezident SOCAR-ın Bolqarıstandakı ofisinin açılışını etdi - YENİLƏNİB + FOTOLAR

Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları ofis binasının rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış olublar.

Binada ofis əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, enerji sahəsində əməkdaşlıq sürətlə inkişaf edən Azərbaycan-Bolqarıstan əlaqələrində mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana sonuncu - 2022-ci il 30 sentyabr-1 oktyabr tarixli rəsmi səfəri və həmin səfər çərçivəsində Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istismara verilməsi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda tamamilə yeni səhifə açdı. Dövlətimizin başçısının bugünkü səfəri zamanı Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji resurslarının nəqlinin daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm addımdır. Bütün bunlar SOCAR-ın Bolqarıstandakı fəaliyyətinin genişləndirilməsi zərurətini yaradır. Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Bolqaristan ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyanı təsdiqləyib. SOCAR-ın Bolqarıstandakı ofisinin açılması şirkətin Avropa bazarında fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

 

14:15

Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.


Prezident SOCAR-ın Bolqarıstandakı ofisinin açılışını etdi - YENİLƏNİB + FOTOLARPrezident SOCAR-ın Bolqarıstandakı ofisinin açılışını etdi - YENİLƏNİB + FOTOLARPrezident SOCAR-ın Bolqarıstandakı ofisinin açılışını etdi - YENİLƏNİB + FOTOLARPrezident SOCAR-ın Bolqarıstandakı ofisinin açılışını etdi - YENİLƏNİB + FOTOLARPrezident SOCAR-ın Bolqarıstandakı ofisinin açılışını etdi - YENİLƏNİB + FOTOLARPrezident SOCAR-ın Bolqarıstandakı ofisinin açılışını etdi - YENİLƏNİB + FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026