• Bakı 15° C

    0.49 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Laçın-Xankəndi yolu: Mübarizə 106 gündür davam edir

SİYASƏT

27 Mart 2023 | 08:52 | Müəllif: Qalib İbrahimoğlu

Laçın-Xankəndi yolu: Mübarizə 106 gündür davam edir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirdikləri dinc aksiya davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyadan 106 gün keçir.

Gecə saatlarında da aksiyanı davam etdirən İştirakçılar, adəti üzrə növbəti günə də Azərbaycanın Dövlət Himnini səsləndirməkıə başlayıblar.

Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.

Aksiyanın tələbləri və şüarları dəyişməz olaraq qalır. Belə ki, aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb olunur.

Bu tələblərlə Azərbaycan, rus və ingilis dillərində mütəmadi plakatlar qaldıran iştirakçılar “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR