• Bakı 17° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Gündəm

06 May 2024 | 14:25

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qayımov Elşad Şirin oğlu Xaçmaz rayonu Hacıqurbanoba kəndində, Səfərov Asim Nadir oğlu Qəbələ rayonunun Qəmərvan kəndində, Həsənov Vüqar Telman oğlu Sabirabad rayonu Muğangəncəli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edən G.Dadaşov, E.Qayımov, A.Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi basıdırılmışdı.

Bundan başqa, V.Həsənovun qalıqları isə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.


SON XƏBƏRLƏR

18 May 2024