• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sığortaçılar Assosiasiyasında yeni komitə yaradılır

İQTİSADİYYAT

05 Avqust 2021 | 15:05

Sığortaçılar Assosiasiyasında yeni komitə yaradılır

Azərbaycan Sığortaçılar Assosiasiyasında İT (informasiya texnologiyaları) komitəsinin yaradılması ilə bağlı qərar verilib.

Bakıvaxtı.az xəbər verir ki, ASA-dan verilən məlumata görə, yeni komitənin yaradılması ilə bağlı müvafiq qərar Assosiasiyanın Müşahidə Şurasının cari ilin 2-ci rübünün yekunlarına həsr olunmuş iclasında müzakirə olunaraq qəbul edilib.

Yeni komitənin yaradılmasında başlıca məqsəd yerli sığorta bazarında fəaliyyət göstərən şirkətlərin informasiya texnologiyaları sahəsindəki ümumi problemlərinin daha çevik və sistemli şəkildə həll edilməsindən, eyni zamanda şirkətlərdəki İT istiqamətinin inkişafının stimullaşdırılmasından ibarətdir. Komitənin üzv heyətinin formalaşdırılması məqsədi ilə sığorta şirkətlərinə artıq müraciət də ünvanlanıb.

Qeyd edək ki, bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasındakı komitələrin sayı 4-ə çatıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026