• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyalı nazir Arktikada milyardlarla neft və qaz ehtiyatlarından danışdı

İQTİSADİYYAT

02 Sentyabr 2021 | 18:12

Rusiyalı nazir Arktikada milyardlarla neft və qaz ehtiyatlarından danışdı

Rusiya Arktikasındakı neft və qaz ehtiyatları, lazım gələrsə, Rusiya Federasiyasına on və hətta yüz illərlə kifayət edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Novoye Znanie" təhsil marafonu zamanı Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. O, bildirib ki, bu mənbələr çox bahalı olsa da, Rusiya hökuməti bu istehsalı stimullaşdırmaq niyyətindədir:"Arktika zonasının böyük potensialı var. Təkcə su sahəsindəki mənbələrdən danışsaq, bu 15 milyard ton neft və təxminən 100 trilyon kubmetr qazdır. Bu, birdən -birə on, yüz illər üçün kifayət edəcək". 

"Bunlar təminat, müəyyən güzəştlər, o cümlədən vergilər, investisiyaların qaytarılması tələb edən olduqca bahalı layihələrdir. Hökumət bu cür layihələr üçün üstünlüklər verib. Dənizdəki layihələr üçün müəyyən vergiləri sıfırladıq", - deyə rusiyalı nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026