Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.
Həmçinin, nazir bildirib ki, tədbir çərçivəsində Azərbaycanda ixracın və investisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin inkişafı Agentliyi ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb. Bəs bu sənədlərin imzalanmasının faydaları nələrdir?
Mövzu ilə bağlı iqtisadçı-eskpert Natiq Cəfərli Bakıvaxtı.az-a danışıb:
“Təbii ki, Azərbaycanla Gürcüstan arasında münasibətlərin daha da genişlənməsi və iqtisadi münasibətlərin artması hər iki ölkənin yararınadır. Kiçik və orta sahibkarlıqla bağlı hər iki ölkənin birgə fəaliyyət göstərməsi və qarşılıqlı sənədlərin tanınması ilə bağlı birgə müəssisələrin yaradılmasına sahibkarlıq üçün yaşıl işıq yanması iqtisadiyyatın genişləndirilməsinə səbəb olacaq bir addımdır. Nəticə etibarı ilə də iqtisadi münasibətlərin artması Gürcüstanla Azərbaycan arasında həm siyasi, həm də sosial problemlərin genişləndirilməsinə şərait yaradan əsas faktora çevrilə bilər. Düşünürəm ki, Gürcüstanla Azərbaycan arasında fəaliyyətin genişlənməsi hər iki xalqın xeyrinə və gələcək prespektivinə hesablanmış addımlardır”.
Aytac Aslan
















