• Bakı 24° C

    7.1 m/s

Elman Rüstəmovdan manat açıqlaması - Devalvasiya olacaq?

İQTİSADİYYAT

29 Oktyabr 2021 | 11:40

Elman Rüstəmovdan manat açıqlaması - Devalvasiya olacaq?

Hazırda hökumətoin və Mərkəzi Bankın nə bu il, nə gələn il üçün manatın dəyərdən düşməsi planları yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında məlumat verib.

O bildirib ki, manatın məzənnəsi möhkəmlənmə üzərindədir: "Bu təzyiqin ilin sonuna qədər neytrallaşması gözlənilir. Manatın dəyərdən düşməsi üzərində təzyiq yoxdur".

Manatın dəyərdən düşəcəyi və devalvasiya xəbərlərinə münasibət bildirən baş bankir bildirib ki, bu şayiələr çoxalıb, lakin bu mediada bu başlıqların haradan yarandığını anlamaq çətindir. Bu gün ölkədə fundamental amillər makroiqtisadi sabitliyi təsdiqləyir. Ekspertlər dəqiq nanalitik əsaslı şərhlər verir. Lakin bəzi hallarda spekulyativ başlıqlar olur". 

"Bütün büdcə sənədlərində nəzərdə tutulan rəqəmlər manatın bu günkü məzənnəsi üzərində qurulub", - deyə o əlavə edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026