• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Simpsonlar bunu da bilmişdilər?

CƏMİYYƏT

12 Fevral 2024 | 11:46

Simpsonlar bunu da bilmişdilər?

The Simpsons-a aid edilən son iddiaya görə, serialın 2024-cü ildə çıxan "Apple Vision Pro" haqqında illər əvvəl bilməsidir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir.

2024-cü ilin fevral ayının əvvəlində Apple çoxdan gözlənilən Vision Pro-nu buraxıb. Apple tərəfindən "ilk geyilə bilən kompüter" olaraq təqdim edilən Vision Pro həm virtual, həm də artırılmış reallıq təcrübələrini təqdim edir. Bu eynəklərlə film izləmək və ya noutbukda yazı yazmaq kimi bir çox sadə işi yerinə yetirmək mümkündür .

Serialın 2016-cı ilin oktyabrında yayımlanan "Dostlar və Ailə" adlı 28-ci mövsüm 2-ci seriyasında 20-ci dəqiqədə bu eynəklərdən danışılır. Simpson personajlarının həyatlarını eynəklə yaşadığını görürük. Personajlar eynəklə gəzir, yeyir və yatır.

Bu bölmədə virtual reallıq (VR) eynəkləri tənqid edilir. Marge, Bart, Lisa və Maggie ailəni virtual reallıqda təsvir etmək üçün Vision Pro-ya çox bənzəyən yeni eynəklərin sınaq buraxılışı üçün işə götürülürlər. Sonra bu cihaz ictimaiyyətə təqdim edilir və qiyamət qopar: Eynək taxan Simpsons personajlarının işıq dirəklərinə çırpılaraq lyuklara düşdüyü göstərilir.

Bəs Simpsonslar bunu əvvəlcədən bilmişdilər?

Epizoddakı şəkillərin Apple Vision Pro-ya bənzədiyi aydındır. Lakin bu o demək deyil ki, Simpsonlar illər əvvəl Apple Vision Pro-nun buraxılacağını bilirdilər. Çox oxşarlıqlar var, çünki epizod yayımlananda virtual reallıq (VR) cihazları artıq həyatımızda idi.

Virtual reallıqtamamilə xəyali bir məkanda hərəkət etmək imkanı təqdim edən texnologiya, şəkillərdə mövcud olan, lakin real həyatda olmayan süni mühitdir. Virtual reallıq (VR) tətbiqləri istifadəçiləri eynək, qulaqlıq, əlcək və ya digər geyimlərlə bu xəyali dünyaya qərq edir. Bu konsepsiyahəyatımıza 1987-ci ildə Jaron Lanierin tərifi ilə daxil oldu.

Üstəlik, bu epizod 2016-cı ildə yayımlanana qədər Oculus Rift kimi şirkətlər artıq 2016-cı ilin mart ayında virtual reallıq (VR) qulaqlıqlarını buraxmışdılar .

Virtual reallıq bu bölümdə müzakirə olunmazdan əvvəl uzun illər həyatımızda olan bir anlayış idi və onun məhsulları yavaş-yavaş bazarda öz yerini tutmağa başlayırdı.

Əslində, The Simpsons virtual reallıq eynəklərini nümayiş etdirən yeganə serial deyildi. Belə ki, 1994-cü ildə “Evli... Uşaqlarla” serialının 9-cu sezonunun 22-ci bölümündə virtual reallıqdan bəhs edilib.

Qeyd edək ki,Simpsons serialı 6 fevral zəlzələsindən tutmuş cib telefonunun ixtirasına, Donald Trampın prezident seçilməsindən tutmuş Kraliça II Elizabetə qədər hər şeyi əhatə edir. Elizabetin ölümünə qədər uzun illər gələcəkdə nə olacağını bilməklə yadda qalıb.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

26 Iyul 2024