• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Voronej vilayəti üzərində 30-dan çox PUA məhv edildi

CƏMİYYƏT

13 Mart 2024 | 09:50

Voronej vilayəti üzərində 30-dan çox PUA məhv edildi

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Voronej vilayəti üzərində Ukraynanın 30-dan çox pilotsuz təyyarəsini məhv edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu regionun başçısı Aleksandr Qusev Teleqram kanalında bildirib. O əlavə edib ki, infrastruktura və mənzillərə cüzi ziyan dəyib, insan itkisi olmayıb.

    Qubernator qeyd edib ki, qəza yerlərindən alınan məlumatlara görə, bir sıra yerlərdə infrastruktura və yaşayış məntəqələrinə kiçik ziyan dəyib. Qubernatorun sözlərinə görə, Buturlinovski rayonunda fərdi yaşayış evi və yarımstansiya, Sovetski rayonunda isə mağazanın dam örtüyü qismən dağılıb. Qubernator söz verib ki, hakimiyyət orqanları bərpa işlərinə ən qısa zamanda və tam həcmdə köməklik göstərəcək.

    Qusev xəbərdarlıq edib ki, dron hücumu təhlükəsi hələ də qalmaqdadır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026