• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Sinovac" vurduranlara pis xəbər: Xəstəliyi daha ağır keçirəcəklər...

CƏMİYYƏT

05 Noyabr 2021 | 14:41

"Sinovac" vurduranlara pis xəbər: Xəstəliyi daha ağır keçirəcəklər...

Bu gün çıxan xəbərlərə görə, Türkiyə alimləri iki doza “Sinovac” vaksini vurduranların təhlükədə olduğunu iddia ediblər. Səbəb olaraq isə ikinci dozadan 3 ay keçdikdən sonra imunitetin azaldığını göstəriblər. Bildiriblər ki, “Sinovac” vaksini vurduran hər kəs 3-cü dozanı da vurdurmalıdır.

Doğrudanmı bu insanlar təhlükədədir?

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, “Sinovac” vaksinini vurduranların 3-4 ay sonra yenidən 3-cü peyvəndi vurdurması vacibdir:

"Çünki “Sinovac” vaksini vurduranlar 4 ay keçdikdən sonra 5-6-cı ayda xəstələnərsə, xəstəliyi ağır keçirirlər. Düşünürəm ki, 3-cü dozanı vurdurmaq üçün ideal vaxt ikinci dozadan maksimum dörd ay sonradır. Əks halda, vaksin vurduran şəxslər xəstəlikdən tam qoruna bilmirlər.

Əslində, bu vaksin ənənənəvi üsulla hazırlanıb. Bu üsul çox uzunmüddətli istifadə olunduğu üçün daha etibarlı üsuldur deyə bilərik. Digər vaksinlər isə ən son texnologiya ilə hazırlanıb. Bu vaksinləri də hər ölkə ala bilmirdi. İndi Azərbaycan alır, amma əvvəllər almaq mümkün deyildi. Biz “Pfizer”i gözləsə idik, yəqin ki, vəziyyət ağır olardı. “Sinovac” da kifayət qədər qoruyucudur. Yəni bir və ikinci doza vaksin vurulduqdan sonra üç-dörd ay ərzində kifayət qədər qoruyur. Üçüncü doza vurulduqdan sonra isə, təqribən, 15-20 dəfəyə qədər qorumaya malikdir. Buna görə də, “Sinovac” vaksininin effektsiz olduğunu demək olmaz. Təbii ki, “Pfizer” qədər effektli deyil, amma onu da hər ölkə ala bilmir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026