• Bakı 13° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.7803

    RUB - 1.6785

Əsgərimizə hücum edən erməni hərbçi imiş - FOTO

CƏMİYYƏT

04 Dekabr 2021 | 22:10

Əsgərimizə hücum edən erməni hərbçi imiş - FOTO

Ermənistan tərəfinin Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edən şəxslə bağlı növbəti saxtakarlığı və feyk məlumatları, dezinformasiya kampaniyası faş olub.

Xatırladaq ki, dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs hərbçimizə hücum edib. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Lakin Ermənistan tərəfi sözügedən şəxsin, yəni 1956-cu il təvəllüdlü Seyran Sarkisyanın mülki şəxs, adi çoban olduğunu iddia edərək Azərbaycanı suçlamaq üçün təbliğat kampaniyası aparır.

Ermənistan mediasında yayılan bu fotolar isə ermənilərin dezinformasiyaya əsaslanan kampaniyası ifşa edir.

Belə ki, fotolarda aydın görünür ki, Seyran Sarkisyan çoban və "adi mülki şəxs" olmayıb. Onun əynində Ermənistan ordusunun forması var.

 


SON XƏBƏRLƏR