• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yoluxma da azaldı, ölüm sayı da

CƏMİYYƏT

03 Yanvar 2022 | 16:30 | Müəllif: Qalib İbrahimoğlu

Yoluxma da azaldı, ölüm sayı da

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 575 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 645 nəfər müalicə olunaraq sağalıb, 8 383 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 7 924 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 337, bu günə qədər isə ümumilikdə 5 883 101 test icra olunub.


Yoluxma da azaldı, ölüm sayı da
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR