Qiymət artımı spirtsiz içkilərə də təsirini göstərəcək.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, "Azərbaycan Coca-Cola Bottlers” MMC-nin istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiyməti gələn həftədən 10-20 qəpik bahalaşacaq.
Qiymətinin artırılacağı gözlənilən içkilərin siyahısını təqdim edirik:
Şüşə qablarda olan 250 ml içkilər - 9% artacaq. Belə ki, indi 1 manat 20 qəpiyə satılan içki 1 manat 30 qəpik olacaq.
“Coco-cola” 0.3 lt – 20% artaraq 50 qəpikdən 60 qəpiyə satılacaq.
“Coco-cola” 0.33 lt – 20% artacaq. 1 manata olan "Coca-cola" 1 manat 20 qəpiyə satılacaq.
“Cappy” 0.3 lt-in satışında 14% artım gözlənilir. Qiyməti 70 qəpikdən 80 qəpiyə artacaq.
“Cappy” 0.5 lt 20% bahalaşacaq. İçkinin tövsiyə olunan satış qiyməti 1 manatdan 1 manat .20 qəpiyə artırılacaq.
“Fuse Tea” 0.3 lt – nin qiyməti 14% artımla 70 qəpkdən 80 qəpiyə qalxacaq.
“Fuse Tea” 0.33 lt və “Fuse Tea” 0.5 lt-in tövsiyə olunan satış qiyməti isə 1 manat dan 1 manat 20 qəpiyə artırılacaq.
Nuranə Daxilqızı
















