• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şuşada həlak olan hərbçi dəfn olundu

CƏMİYYƏT

04 Mart 2022 | 13:02

Şuşada həlak olan hərbçi dəfn olundu

Ötən gün Şuşada baş verən yol qəzasında həlak olan hərbi qulluqçu Vüsal Kazımov dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, hərbi qulluqçu II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində hərbi qulluqçunun yaxınları, Müdafiə Nazirliyinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə fəxri qarovul düzülüb.

Qeyd edək ki, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. (apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026