Aprelin 4-də gözlənilən hava şəraiti açıqlanıb.
ETSN Milli Hidrometeorologiya Xidmətndən Bakıvaxtı.az-a verlən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi şimal rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
















