Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev Bakıvaxtı.az-a bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.
O qeyd edilib ki, yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır: "Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq".
Xatırladaq ki, sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.
***
11:28
Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov universitetdə dərs dediyi qızlara qiymət yazmaq üçün utancverici təkliflər edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə aparıcı Amil Xəlil məlumat yayıb.
Bir neçə qız bu təklifi qəbul etsə də, ona qarşı çıxanlar da olub. Belə ki, qızlardan biri onun bu əməlini ifşa etmək üçün video zəng görüntülərini qeydə alıb.
Müəllim qızlara cinsiyyət orqanını göstərib, onlardan da eyni görüntüləri tələb edib.
Hətta bir neçə qıza görüntülərin "saxlanılmış" hissəsini yenidən onlara göndərib və "şantaj" işləri ilə məşğul olub.
Nuranə Daxilqızı

















