“İşdə seksual qısnama hallarının olduğu heç kimə sirr deyil. Amma seksual qısnama ilə bağlı nə məhkəmələrə, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciətlər var”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.
Onun sözlərinə görə, stereotiplər qadınların seksual qısnama ilə bağlı müvafiq qurumlara müraciət etməsinə mane olur.
Seksual qısnama - əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışdır.
Ramid İbrahimov
















