• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Britaniya Gürcüstanı Rusiyanın kiberhücumlarından qoruyacaq

CƏMİYYƏT

02 Iyul 2022 | 10:43 | Müəllif: Qalib İbrahimoğlu

Britaniya Gürcüstanı Rusiyanın kiberhücumlarından qoruyacaq

“Gürcüstanı Rusiyanın kiberhücumlarından qorumaq üçün Böyük Britaniya beş milyon funt sterlinq ayıracaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, bir neçə gün öncə keçirilən NATO sammitində Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, kibermüdafiə üçün Gürcüstana ciddi köməklik göstəriləcək: “Gürcüstan Milli Təhlükəsizlik Şurasına yeni kibertəhlükəsizlik strategiyasını hazırlamaq üçün də dəstək veriləcək. Böyük Britaniya həmçinin kibermüdafiə və imkanlarını gücləndirmək üçün Gürcüstanın Müdafiə Nazirliyi ilə birbaşa işləyəcək”.

Forum rəhbəri qeyd edib ki, Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi 2018-ci ildən gürcü həmkarları ilə sıx əməkdaşlıq edir, ölkənin kiber imkanlarını təkmilləşdirmək üçün təlimlər və dəstək verir: “Yeri gəlmişkən, bir neçə gün öncə İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Kordinasiya Şurası da kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələsini müzakirə ediblər”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026