• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Prezident Şuşa adından istifadə ilə bağlı qanunu təsdiqləyib

CƏMİYYƏT

01 Iyul 2022 | 18:37 | Müəllif: Subhan Mahmudov

Prezident Şuşa adından istifadə ilə bağlı qanunu təsdiqləyib

Şuşa şəhərinin adından istifadə edilməsi qaydası müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanunda əksini tapıb.
Qanuna əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:

- hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;

- mükafatların və təltiflərin adlarında;

- yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;

- kommersiya və reklam məqsədilə;

- əmtəə nişanlarında və coğrafi göstəricilərdə.

Həmin hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026