• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Hacı Şahin Ayın görülməsilə bağlı məsələlərə aydınlıq gətirdi - VİDEO

CƏMİYYƏT

03 May 2022 | 09:48 | Müəllif: Subhan Mahmudov

Hacı Şahin Ayın görülməsilə bağlı məsələlərə aydınlıq gətirdi - VİDEO

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Ayın görünməsilə bağlı məsələlərə aydınlıq gətirib.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, dinimizdə Ayın görünməsi əsas şərt hesab olunur:

"Bayram Ayın görünməsi ilə məlum olur. Quranda da qeyd olunur ki, sizlərdən kim Ayı gördüsə, oruc tutsun. Yəni, Ayı müşahidə etdikdən sonra oruc oluruq və yaxud da orucumuzu açıb, bayramı qeyd edirik. Bu, dinimizin qaydalarıdır. Bu məsələlər hazırda elmi görüşlər və dini baxışlarla birgə tənzimlənir.

Ayın görünməsi ilə bağlı öncədən qəti bir şey demək olmur. Çünki bəzən hava şəraiti və s. amillər Ayın müşahidə edilməsinə mane ola bilər. Ona görə də bunlar ehtimallar əsasında deyilir. Birmənalı şəkildə deməliyəm ki, bu məsələdə hansısa siyasi çalar yoxdur. Bu məsələni siyasiləşdirmək kökündən yanlışdır. Bu, şəriət məsələsidir".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026