• Bakı 27° C

    0.67 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Siyavuş Novruzov namizəd olmayacaq? - Onu yazan jurnalist… - AÇIQLAMA

SİYASƏT

03 Iyul 2024 | 13:50

Siyavuş Novruzov namizəd olmayacaq? - Onu yazan jurnalist… - AÇIQLAMA

Mətbuatda VI çağırış Milli Məclisin deputat Siyavuş Novruzovun növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcəyinə dair məlumat tirajlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qeyd olunur ki, buna səbəb S. Novruzovun adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir.

Məsələnin real olub–olmamasını aydınlaşdırmaq üçün Siyavuş Novruzovun özü ilə əlaqə saxladıq.

Millət vəkili Bakıvaxtı.az-a açıqlamasında məlumatı təkzib etdi:

“Bir dəli quyuya daş atıb, min ağıllı çıxara bilmir. Onu yazan jurnalist Mərkəzi Seçki Komissiyası ilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının fərqini ayırd edə bilmir. Savadsız adamlardı. Mənim namizədliyimi verə bilməməyimə dair qadağa hansı qanunda yazılıb? Axmaq-axmaq işlərlə məşğul olurlar. Mən namizədliyimi verəcəyəm”.

Aydın Baxış


SON XƏBƏRLƏR

05 Iyul 2024