• Bakı C

    14.42 m/s

  • USD - 1.7

    EUR - 1.7519

    RUB - 1.7036

Siyavuş Novruzovdan Razi Nurullayevə CAVAB: “Ona demişəm ki...”

SİYASƏT

04 Fevral 2025 | 18:40

Siyavuş Novruzovdan Razi Nurullayevə CAVAB: “Ona demişəm ki...”

“Mən Razi Nurullayevə sözümü demişəm”. Bunu Bakıvaxtı.az-a millət vəkili Siyavuş Novruzov həmkarı R.Nurullayevin "Sözünü kişi kimi de” iradına münasibət bildirərkən söyləyib.

S. Novruzov qeyd edib ki, bu məsələ onun üçün artıq bitib:“Mən sözümü dedim və bitdi. Başqa söz danışmağa ehtiyac duymuram”. 

Məlumat üçün bildirək ki, dünən Milli Məclisin yaz sessiyasının açılış iclası baş tutub. İclasda çıxış edən Siyavuş Novruzov İmişlidə baş verən hadisələrlə bağlı tənqidi reaksiya bildirib. Deputatın bu fikirləri onun İmişlini təmsil edən həmkarı R.Nurullayevin etirazına səbəb olub. O, bu barədə "Facebook" profilində paylaşım edərək, vurğulayıb ki, Siyavuş Novruzovun bugünkü çıxışında "İmişli deputatatları ilə söhbət etmişəm, onları mənə deyib" fikri tam olaraq kökündən yanlış idi:

“Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın. Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum".

Aydın Baxış


SON XƏBƏRLƏR

04 Fevral 2025