• Bakı 14° C

    6.96 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycanın NATO ilə əməkdaşlığı müzakirə edilib

SİYASƏT

06 Mart 2025 | 15:11

Azərbaycanın NATO ilə əməkdaşlığı müzakirə edilib

Ramid Namazovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti NATO Parlament Assambleyası çərçivəsində görüşlərdə iştirak etmək üçün Brüsselə səfər edib.

Bu barədə Bakıvaxtı.az NATO yanında Azərbaycan nümayəndəliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti nümayəndəliyin diplomatları ilə birlikdə NATO Parlament Assambleyasının Baş katibi, həmçinin bir neçə komitənin rəhbərləri ilə görüşlər keçirib.

"Görüşlərdə Azərbaycan ilə NATO arasında parlamentlərarası formatda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR

28 Mart 2025