• Bakı 13° C

    2.29 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Slutski: “İlham Əliyev Qarabağı Vətənə qaytardı”

SİYASƏT

15 May 2023 | 23:07 | Müəllif: Subhan Mahmudov

Slutski: “İlham Əliyev Qarabağı Vətənə qaytardı”

“Azərbaycan Prezidenti İlham Əliyev atasının əsas vəsiyyətlərindən birini yerinə yetirdi: Qarabağı Vətənə qaytardı”.

Bakıvaxtı.az xəbər verir ki. bunu “Report”a Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, LDPR partiyasının lideri Leonid Slutski bildirib.

Deputat qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatını, sosial siyasətini, logistika infrastrukturunu gücləndirmək yolu ilə inamla gedir:

“Azərbaycan Rusiya üçün etibarlı strateji tərəfdaşdır”.

O qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanla fəxr edə bilərdi:

“Azərbaycanın dahi oğlu Heydər Əliyevin anadan olmasından 100 il keçir və bu gün o, oğluna baxaraq, gördüyü işlərlə fəxr edə bilər. Azərbaycan postsovet məkanından çox-çox kənarda çiçəklənən iqtisadiyyata malik, enerji asılılığı olmayan müstəqil dövlətə çevrilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026