"Ermənistanın Azərbaycan qarşısında istifadə edə biləcəyi bütün kartlar tükənib. O kartların istifadə müddətini ordu 44 günlük müharibədəki qələbə ilə bitirib".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
Onun sözlərinə görə, məğlub tərəfin qalib tərəfin qarşısında hansı kartı ola bilər? Diz çöküb ağ bayraq qaldıran ölkə kartları barədə yox, üzərinə götürdüyü öhdəliklər barədə düşünməlidir:
"Biz onlara qarşı humanistlik edib vaxt tanıyırıqsa, bu, onlara hansısa üstünlük əldə etmək üçün çabalamaq imkanı vermək anlamına gəlmir. Bəli, Xankəndidə yaşayan ermənilərin yalnız iki yolu var: ya Azərbaycan qanunvericiliyini qəbul etmək, ya da Laçın yolundan istifadə edərək ölkəmizi tərk etmək. Biz onlara qanunvericiliyimiz altında yaşamaq üçün bütün mümkün imkanları təmin edirik, ölkəmizdə yaşayan digər xalqlar kimi. Sosial təlatümlər ölkəsi olan Ermənistandan fərqli olaraq, yüksək yaşayış vəd edirik".
Z.Qarayeva deyib ki, onlar separatçıların özləri kimi uydurma vədlərinə inanmaq istəyirlərsə, gedib Ermənistana inanmağa davam edə bilərlər: "Bölgədə bir nəfər olsun separatçı qalmayacaq. İlham Əliyev onlara silahı yerə qoyarlarsa amnistiya vəd edir. Əlbəttə ki, söhbət onların bizim vətəndaşlığımız altında yaşamağa davam etməsindən getmir. Söhbət təhlükəsiz şəraitdə Qarabağı tərk etməklərinə şərait yaradılmasından gedir. Biz onlara bütün alternativ seçim imkanlarını təqdim edirik".
Ermənistana gəldikdə isə, müsdahibimiz qeyd edib ki, onların sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur: "Paşinyan ərazi bütövlüyümüzü tanımasaydı, öz ərazi bütövlüyünün hansı formada sual altına düşəcəyini çox yaxşı bilirdi. Biz, Ermənistan kimi təcavüzkar ölkə deyilik. Lakin adekvat tədbirlər görmək üçün də bütün imkanlarımız var".
Cavad
















