• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Brüssel görüşü: Masada nələr olacaq ? - Qovluqlar açılır!

SİYASƏT

14 Iyul 2023 | 12:44 | Müəllif: Qalib İbrahimoğlu

Brüssel görüşü: Masada nələr olacaq ? - Qovluqlar açılır!

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş iyulun 15-də Brüsseldə baş tutacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Qeyd edək ki, bundan əvvəl görüş iyulun 21-nə nəzərdə tutulmuşdu. Sonradan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tədbirin planlaşdırıldığından əvvəl ola biləcəyi barədə xəbər vermişdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak edəcək.

Görüşlə bağlı fikirlərini Bakivaxti.az-a bölüşən millət vəkili Azər Badamov deyib ki, Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı keçirilən bütün görüşlərdə iştirak edir.

Deputatın sözlərinə görə, rəsmi Bakı yarımçıq qalmış məsələlərin danışıqlar masasında beynəlxalq hüquqa uyğun həll olunmasının tərəfdarıdır:

"Bununla yanaşı Azərbaycan Silahlı Qüvvələrini daha da gücləndirir və lazım gələn məqamda cavab verilməsi üçün hazır vəziyyətdə saxlayır. Danışıqlar prosesində Azərbaycanıən mövqeyi ilk gündən bəllidir və dəyişilməzdir. Bu, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaq və bir-birinin daxili işlərinə qarışmamaq prinsipi üzərində qurulub. Həm də Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və normalara söykənir. Ona görə də danışıqlar prosesində Ermənistan çox çabalaya bilmir və keçirilən görüşdə mövqelərimiz sülh müqaviləsinin imzalanmasına daha da yaxınlaşır”.

Deputat qeyd edib ki, keçən ilin oktyabr ayında N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdisə, may ayında Azərbaycanın suverən ərazilərinin parametrlərini açıqlayıb:

“Qarabağ və kənd anklavlarımızın Azərbaycanın suverən əraziləri olduğunu bəyan etdi. İndi bu məsələlər masa arxasında müzakirə olunmalı, kağız üzərində imzalarla təsdiq edilməlidir. Sonra sərhədlərin müəyyənləşdirilməsi prosedurlarına başlanacaq. Bütün məsələlər plana uyğun inkişaf edir”.

Azər Badamov: Ermənistan küncə sıxılmış vəziyyətdədir və bu da sülh müqaviləsinin imzalanması prosesini sürətləndirir

Müsahibimizin sözlərinə görə, lakin Ermənistan Qarabağda yaşayan ermənilərin "hüquqlarının müdafiəsi" və "təhlükəsizliyinin təmin olunmasını" beynəlxalq müstəviyə çıxarmağa çalışır:

“Ancaq Paşinyanın bu çabası heç bir effekt verməyəcək. Dünya Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir və Qarabağ da Azərbaycanın ərazi bütöblüyünə aid məsələdir. Azərbaycan Qarabağda yaşayan ermənilərin təhlükəsizlik məsələsini daxili iş hesab edərək bunu heç kimlə müzakirə etməyəcəyini dəfələrlə vurğulayıb".

A.Badamov diqqətə çatdırıb ki, Ermənistanın Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə və Avropa Məhkəməsinə etdiyi müraciətlər də ifllasa uğramaqdadır:

"Azərbaycanın ədalətli mövqeyini beynəlxalq məhkəmələr və dünya dövlətləri də təsdiq edir. Ermənistan küncə sıxılmış vəziyyətdədir və bu da sülh müqaviləsinin imzalanması prosesini sürətləndirir. 15 iyulda Brüsseldə gözlənilən görüşdə bu məsələlərin bir daha müzakirə ediləcəyi və sülh müqaviləsinin imzalanması prosesinə başlanması üçün hazırlıq mərhələsi olacağını hesab edirəm. Ermənistan görüşlər qabağı təxribatlara əl ataraq danışıqlar masasında müəyyən qədər üstünlük əldə etməyə çalışır. Amma Azərbaycan Ordusu Ermənistanın təxribat cəhdlərini beşikdəcə boğur. Rəsmi Bakı getdiyi hər görüşə qalib qismində və ədalətli mövqeyini qarşı tərəfə qəbul etdirmək niyyəti ilə qatılır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026