• Bakı 23° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Hikmət Hacıyev Ararat Mirzoyanın paylaşımını İFŞA ETDİ

SİYASƏT

13 Iyul 2023 | 20:40 | Müəllif: Subhan Mahmudov

Hikmət Hacıyev Ararat Mirzoyanın paylaşımını İFŞA ETDİ

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yalan paylaşımını ifşa edib.

Bakıvaxtı.az xəbər verir ki, Ararat Mirzoyan Tvitter hesabında "Qarabağdakı humanitar vəziyyət" səbəbilə vəfat etdiyi iddia etdiyi azyaşlıların fotosunu paylaşıb.

Hikmət Hacıyev cavabında Ermənistanın faktları yoxlamadan rəsmi səviyyədə yalan və dezinformasiya yaydığını bildirib:

"Ermənistanın xarici işlər naziri rəsmi səviyyədə yalan və dezinformasiya yayanda faktların yoxlanılmasına və miflərin ifşasına ehtiyac var. Yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə 2 azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən vəfat etdiyini təsdiqləyib. Bu, riyakarlıqdan başqa birşey deyil", - Hikmət Hacıyev qeyd edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026