• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Son 15 gündə Azərbaycana 2800 Ukrayna vətəndaşı daxil olub

CƏMİYYƏT

16 Mart 2022 | 15:27

Son 15 gündə Azərbaycana 2800 Ukrayna vətəndaşı daxil olub

Azərbaycana təxliyə olunanlar arasında Ukrayna vətəndaşları da var.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

O, Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının da sayını açıqlayıb: “Hazırda ölkədə 6700-6800 ukraynalı yaşayır. Onlardan təxminən 2800-ü son 15 gündə ölkəmizə daxil olub. Onlar arasında qaçqın statusu əldə etmək üçün müraciət edənlər də var. Amma bu say çox cüzidir. Ukrayna ilə Azərbaycan arasında əldə olunan sazişə əsasən vətəndaşların ölkədə qalma müddəti 90 gündür. Bu səbəbdən çox sayda müraciət müşahidə etmirik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026