• Bakı 23° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Son 3 ayda pensiya ödənişlərinə 14 faiz çox vəsait yönəldilib

İQTİSADİYYAT

17 Aprel 2024 | 10:00

Son 3 ayda pensiya ödənişlərinə 14 faiz çox vəsait yönəldilib

Cari ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (198 mln. manat) çox olmaqla 1 mlrd. 613 mln. manat vəsait yönəldilib.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

    Pensiya artımı istiqamətində növbəti addım kimi, 2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.

    Son üç ayda 11,9 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 114 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.


    SON XƏBƏRLƏR

    29 Aprel 2024