• Bakı 21° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Azərbaycan benzinin qiymətinin ən aşağı olduğu ölkələr sırasındadır

İQTİSADİYYAT

15 May 2024 | 17:55

Azərbaycan benzinin qiymətinin ən aşağı olduğu ölkələr sırasındadır

Dünyada benzinin orta qiyməti 1 litr üçün 1,35 ABŞ dolları təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat həftəlik "Global Petrol Prices" hesabatında yer alıb.

Hesabata görə, benzinin ən bahalı qiyməti Honq-Konqda litr üçün 3,212 ABŞ dolları olub.

Benzinin aşağı qiymətləri reytinqində birinci yeri litri 0,029 ABŞ dolları ilə İran tutub. TOP 3-ə həmçinin Liviya (litr üçün 0,031 ABŞ dolları) və Venesuela (0,035 ABŞ dolları) daxildir.

İlk onluqda 8-ci yerdə Türkmənistan litri 0,428 ABŞ dolları ilə qərarlaşıb.

TOP 15-də Qazaxıstan - 13-cü yeri (1 litr üçün 0,554 ABŞ dolları) və Azərbaycan - 15-ci yeri (litr üçün 0,588 ABŞ dolları) tutub.

16-cı yerdə Rusiya litr üçün 0,609 ABŞ dolları ilə qərarlaşıb.

Azərbaycanda “Aİ-92” markalı avtomobil benzini hazırda yalnız BNEZ-də istehsal olunur. Onun pərakəndə satış qiyməti litri manatdır.


SON XƏBƏRLƏR

25 May 2024