• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Qaz hasilatı 4%-dən çox artıb

İQTİSADİYYAT

14 Iyun 2024 | 10:24

Qaz hasilatı 4%-dən çox artıb

2024-cü ilin yanvar-may aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 17 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 0.6% azalıb.

Bu barədə Bakıvaxtı.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verib.

    Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 15772.3 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 0.9% azdır.

    Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 12 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 15.9 mlrd. kub metr təşkil edib.

    “Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq aylarə ilə müqayisədə 5.7% azalıb, əmtəəlik qaz hasilatı isə 4,1% artıb”, - məlumatda qeyd olunur.

    Qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 12031.5 min ton neft (5,7% azalma) və 20 866.3 mln. kubmetr qaz (3.3% artım) hasil edilib.


    SON XƏBƏRLƏR