• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Son altı ayda Naxçıvanda 172 nəfər qidadan zəhərlənib

HADİSƏ

16 Iyul 2025 | 16:20

Son altı ayda Naxçıvanda 172 nəfər qidadan zəhərlənib

Son altı ayda Naxçıvanda 116 qida zəhərlənməsi hadisəsi baş verib

Bu barədə Bakıvaxtı.az-a Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrindən ümumilikdə 172 nəfər zərərçəkən olub:

“Qida zəhərlənmələrindən 70-i məişət zəminində, 46-sı isə ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.

NQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.


SON XƏBƏRLƏR