• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

SON DƏQİQƏ: PUA-lar havaya qalxdı - VİDEO

CƏMİYYƏT

29 Fevral 2024 | 12:58

SON DƏQİQƏ: PUA-lar havaya qalxdı - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Müdafiə Nazirliyinə istinasən xəbər verir ki, təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.
Əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqlar yerinə yetirilib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.


SON XƏBƏRLƏR

26 Iyul 2024