• Bakı 19° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Ramazanın ikinci Qədr gecəsidir

CƏMİYYƏT

30 Mart 2024 | 04:51

Ramazanın ikinci Qədr gecəsidir

Bu gün Ramazan ayının ikinci Qədr (Əhya) gecəsidir.

Bakıvaxtı.az xəbər verir ki, ikinci Qədr gecəsi Ramazan ayının 20-ci gününə təsadüf edir.

Növbəti Qədr gecəsi aprelin 1-nə təsadüf edəcək. Sonuncu Qədr hecəsi isə aprelin 5-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Nazirlər Kabinetinin müvafiq qərarı iıə aprelin 10-u və 11-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

28 Aprel 2024