• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

1315 yeni yoluxma faktı qeydə alındı,  19 nəfər öldü

GÜNDƏM

09 Dekabr 2021 | 16:34 | Müəllif: Subhan Mahmudov

1315 yeni yoluxma faktı qeydə alındı, 19 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 315 yeni yoluxma faktı qeydə alınıb, 1 850 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 19 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 601028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 571088 nəfər müalicə olunaraq sağalıb, 8038 nəfər vəfat edib, aktiv xəstə sayı 21902 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11799, ötən müddət ərzində isə ümumilikdə 5644853 test aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026