• Bakı 15° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Şoyqu: Qafqazdakı hadisələr daimi diqqət tələb edir

CƏMİYYƏT

05 Noyabr 2025 | 14:30

Şoyqu: Qafqazdakı hadisələr daimi diqqət tələb edir

Qafqaz və Cənubi Qafqazdakı hadisələr daimi diqqət və Şuralar arasında mütəmadi məsləhətləşmələr tələb edir.

Bakıvaxtı.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu gün Moskvada erməni həmkarı Armen Qriqoryanla görüşü zamanı bildirib.

"Regionda baş verən müxtəlif hadisələr daimi diqqət, məsləhətləşmə və fikir mübadiləsi tələb edir. Bölgədəki regional və geosiyasi vəziyyət mürəkkəbdir və tərəflərin davamlı olaraq uyğunlaşması vacibdir",- o vurğulayıb.

Qeyd edək ki, bu gün Moskvada MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin toplantısı keçirilir. Tədbirdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da iştirak edir.
 


SON XƏBƏRLƏR