• Bakı 12° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9817

    RUB - 2.2074

Tarixi karvansarayın fasadındakı reklamlar sökülüb

CƏMİYYƏT

05 Dekabr 2025 | 12:29

Tarixi karvansarayın fasadındakı reklamlar sökülüb

XIX əsrə aid Qarabəy karvansarayının fasadındakı reklamlar sökülüb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.

Bildirilib ki, Ağdaş rayonunda aparılan nəzarət tədbirləri çərçivəsində XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi – Qarabəy karvansarayının fasadında yerləşdirilmiş texniki tələblərə uyğun olmayan, estetik görünüşü pozan reklam daşıyıcıları demontaj edilib.

Tarixi binada ümumilikdə 27 sahibkarlıq subyektinə məxsus 57 reklam daşıyıcısı sökülüb. ADRA karvansarayın 3D bərpa modeli və yeni reklam yerləşdirmə konsepsiyasını hazırlayıb.

Qeyd edək ki, Ağdaş şəhərində yerləşən tarixi karvansarayın fasadındakı reklam daşıyıcılarının vahid üsluba uyğunlaşdırılması ilə bağlı ADRA-nın layihəsi digər aidiyyəti qurumlara da təqdim olunub.


SON XƏBƏRLƏR

04 Dekabr 2025