Şənbə gününə planlaşdırılan USSF-67 missiyası bir günlük gecikmə ilə başlayıb. ABŞ Kosmik Qüvvələrinin hərbi rabitə peykini orbitə daşıyan SpaceX-in Falcon Heavy raketi uğurla buraxılıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, CBAS-2 peyki və onu müşayiət edən hissələri daşıyan Falcon Heavy raketi dünən yerli vaxtla saat 17:56-da NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uğurla buraxılıb.
USSF-67 adlanan missiyanın ABŞ-ın yüksək səviyyəli rəhbərləri və hərbi personalının ünsiyyətini dəstəkləmək məqsədi daşıdığı öyrənilib.
Qeyd edək ki, amerikalı sahibkar və milyarder iş adamı İlon Mask tərəfindən qurulan kosmik nəqliyyat şirkəti SpaceX, Falcon 9, Falcon Heavy, Starlink, Dragon Cargo və Starship kimi kosmik nəqliyyat vasitələrini birləşdirir.
Məlumdur ki, şirkət kosmik daşımaların xərclərini azaltmaq məqsədi ilə yaradılıb.
Ay Tac















