• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

“SpaceX” raketi Cənubi Koreyanın kəşfiyyat aparatını orbitə çıxarıb

DÜNYA

21 Dekabr 2024 | 23:22

“SpaceX” raketi Cənubi Koreyanın kəşfiyyat aparatını orbitə çıxarıb

Amerikanın “Falcon 9” raketi şənbə günü otuzdan çox mikro və nanopeykdən ibarət qrupu, o cümlədən Cənubi Koreyanın hərbi aparatını orbitə çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə daşıyıcını hazırlayan “SpaceX” şirkəti məlumat verib.

Raketin buraxılışı Kaliforniyada yerləşən ABŞ Kosmik Qüvvələrinin Vandenberq bazasındakı SLC-4E start meydançasından həyata keçirilib.

“Bandwagon-2” missiyası çərçivəsində 29 kommersiya peyki, həmçinin 30-50 sm ayırdetmə qabiliyyəti ilə təsvir əldə edə bilən Cənubi Koreya hökumətinin optik-elektron kəşfiyyat aparatı orbitə göndərilib.

Çəkisi 50 kq-a qədər olan hər minipeykin orbitə çıxarılmasının dəyəri 300 min ABŞ dolları təşkil edib.


SON XƏBƏRLƏR

21 Dekabr 2024