• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycana səfəri yekunlaşdı

CƏMİYYƏT

20 Yanvar 2023 | 12:56

Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycana səfəri yekunlaşdı

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərini yekunlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, Xavyer Kolomina bu barədə “Twitter“ paylaşımında qeyd edib.

“Azərbaycanın 1990-cı il Qanlı Yanvar hadisələrini yad etdiyi gün Bakıya üçüncü səfərimi yekunlaşdırıram. Xarici işlər naziri Ceyhun Bayramovla NATO ilə əməkdaşlığı, Laçın dəhlizində vəziyyəti, o cümlədən humanitar məsələləri və regional sabitliyi müzakirə etdik. Danışıqlara və normallaşma prosesinə davam etmək əsasdır”, - Xavyer Kolomina qeyd edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026