Mövsüm keçidi ilə əlaqədar su təchizatı sistemində bərpa və yeniləmə işləri aparılır.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, anbarlardan qəbul edilən suyun həcminin və sutəmizləyici qurğuların məhsuldarlığının artırılması məqsədilə texniki tədbirlər həyata keçirilir.
Görülən işlərlə əlaqədar olaraq şəbəkəyə verilən suyun həcmi müvəqqəti azaldılıb. Bu səbəbdən müxtəlif rayonların bəzi ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq məhdudiyyətlər tətbiq olunur.
Qurum yaranan müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib və işlərin qısa müddətdə başa çatdırılması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.
Bakı 



