• Bakı 22° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

“Sülh sazişi yaxınlaşdıqca Rusiya narahat olur"

CƏMİYYƏT

07 Iyun 2023 | 17:21

“Sülh sazişi yaxınlaşdıqca Rusiya narahat olur

Xəbər verdiyimiz kimi, ötən gün  Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun mövqelərini 6 saatdan çox atəşə tutub.

Son bir ayda Amerikada, Rusiyada, Belçikada və Moldovada Azərbaycan və Ermənistan arasında görüşlər keçirilib. Görüşlərdə əsas məsələ sülm məsələləri müzakirə olunub.

Bu görüşlərdən sonra mövqelərimizin atəşə tutulmasını necə şərh edərsiniz?

Bakıvaxtı.az-ın bu sualına politoloq Cümşüd Nuriyev cavab verib.

“Sülh sazişi yaxınlaşdıqca Ermənistanda müəyyən qüvvələr və Rusiyada siyasi elita çox narahat olur. Onlar sülhün olmasını istəmirlər.

Azərbaycan tərəfi də təxribatları yaxşı anlayır. Rusiyayla müqavilələr imzalanmasına baxmayaraq, rəsmi Moskva öz imzasına hörmət etmir. Azərbaycan silahlı təxibatların məqsədini bilir. Amma təxribatlar ciddi itkilərlə nəticələnsə, Azərbaycan antiterror əməliyyatı keçirəcək”, - deyə C.Nuriyev bildirib.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

18 Aprel 2024