• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İdmançımız üç qızıl medal qazandı - FOTOLAR

CƏMİYYƏT

07 Iyul 2023 | 15:46

İdmançımız üç qızıl medal qazandı - FOTOLAR

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa çempionatında üç qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, yaşı 15-ədək olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 118 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına sahib çıxıb.

O, təkanla qaldırmada da uğurlu çıxışla yadda qalıb. Heydərov 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.

Toplam 257 kq (118+139) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


İdmançımız üç qızıl medal qazandı - FOTOLARİdmançımız üç qızıl medal qazandı - FOTOLARİdmançımız üç qızıl medal qazandı - FOTOLARİdmançımız üç qızıl medal qazandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026