• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Oğuzda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

CƏMİYYƏT

06 Avqust 2023 | 14:27 | Müəllif: Subhan Mahmudov

Oğuzda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, Oğuz rayonu, Mollalı kəndində vətəndaşa məxsus pay torpağında müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026