• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Qarabağda yaşayan ermənilər Laçın SBM-dən sərbəst keçidi davam edir

CƏMİYYƏT

05 Sentyabr 2023 | 13:15

Qarabağda yaşayan ermənilər Laçın SBM-dən sərbəst keçidi davam edir

Qarabağda yaşayan erməni sakinlərin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 5-də Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobildə ümumilikdə 29 nəfərin Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Xankəndi-Gorus istiqamətində hərəkəti təmin olunub.

Onlardan 4 nəfər BQXK-nın əməkdaşı, 9 nəfər sürücü, 9 nəfər xəstə, 6 nəfər müşayiətçi, 1 nəfər isə tibb işçisi olub.

Bu, bir daha göstərir ki, Laçın yolunun bağlı olması barədə erməni tərəfinin iddiaları əsassızdır. Laçın sərhəd-buraxılış məntəqəsi humanitar məqsədlər üçün açıqdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026