• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu enerji içkisindən şikayət var: Pis qoxusu var, tərkibi isə...

CƏMİYYƏT

05 Oktyabr 2023 | 12:27 | Müəllif: Qalib İbrahimoğlu

Bu enerji içkisindən şikayət var: Pis qoxusu var, tərkibi isə...

18 yaşdan aşağı şəxslərə enerji içkisi satışı qadağandır.  Bu, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nda əksini tapıb. Ancaq bununla belə, 18 yaşdan aşağı şəxslərə enerki işkilərinin satıldığının şahidi oluruq.

Xüsusilə, valideynlər uşaqlarının bu qəbildən olan içkiləri almasından narahatdırlar. Redaksiyamıza müraciət edən bir qrup valideyn “Flash Energy” içkisinin digər enerji içkiləri ilə müqayisədə daha ucuz olduğu üçün məktəblilər tərəfindən tez-tez alındığını və çox pis qoxu verdiyin iddia edirlər. Bu içkinin tərkibinin zərərli olduğunu düşünənlər də az deyil.

Bakıvaxtı.az xəbər verir ki, yorğunluğu aradan qaldırmaq və fiziki aktivliyi gücləndirmək üçün “Flash Up Ultra Energy”nin tərkibində kofein, taurin, eləcə də vitamin və mikroelement kompleksi mövcuddur.

İçkinin tərkibi aşağıdakılardır: Minimum vitamin tərkibi, mq/sm3: С-125,0 mq B3-30,0 mq B5-7,5 mq В6-3,0 mq В2-2,5 mq В9-265 мkq, Kofein-135 mq, Taurin-34 mq.

Şikayətlə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab verən "Carlsberg Azerbijan" MMC-nin Korporativ Ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi bildirib ki, “Carlsberg Azerbaijan”ın portfelinə daxil olan bütün məhsullar aid olduğu kateqoriya üzrə qida təhlükəsizliyi və keyfiyyət tələblərinə tam uyğundur. Onun sözlərinə görə, məhsulun ticarət nöqtələrindən pərakəndə satış qiymətinə “Carlsberg Azerbaijan” idxalçı olaraq heç bir təsir göstərmir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əhali şikayətlə bağlı “1003” qaynar xəttə zəng edə bilər: “Qurum olaraq həmin şikayətlə bağlı yoxlama aparaq. Ümumilikdə isə həmin içkilər qaydalarla tənzimlənir və tərəfimizdən nəzarət olunur”.

Qeyd edilib ki, bu növ içkilərin üzərində “18 yaşdan aşağı şəxslərə satışı qadağandır” yazısı var. Odur ki, məsuliyyəti həm də satışı həyata keçirən sahibkar daşıyır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu içki barəsində AİB-ə şikayət gəlməyib: “Başda “Coco-cola”, “Fanta” olmaqla, qazlı, rəngləndrici və dadlandırıcı istifadə edilən içkilərin hamısı arzuolunmaz içki hesab olunur. Əslində, bu cür içkilərin məkəb bufetlərində satılması qadağandır. Belə içkilərdən, xüsusən gənclər uzaq olmalıdır”.

Ekspert qeyd edib ki, əgər Azad İstehlakçılar Birliyinə sözügedən içki ilə bağlı rəsmi müraciət olarsa, araşdırmağa hazırdırla: “İçki insan həyatı üçün təhlükəli olarsa, dövlət orqanları qarşısında məsələ qaldırarıq. Ona görə, belə içkilər barədə hər hansı şikayət olarsa, “1003” telefon xətti vasitəsilə AQTA-ya müraviət edə bilərlər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026