• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Sevdiyin mahnını dinləmək ağrını azaldır

CƏMİYYƏT

04 Noyabr 2023 | 11:22

Sevdiyin mahnını dinləmək ağrını azaldır

Sevdiyi musiqini dinləyən insanlar ağrı ilə daha yaxşı mübarizə apara bilər.

Bakıvaxtı.azxarici mediaya istinadən xəbər verir ki, yeni araşdırmaya görə, insanlar sevdikləri musiqini təkrar-təkrar qoşur, bunun onlar üçün faydalı olduğunu düşünürlər. Bu vəziyyətin, həqiqətən, insan sağlamlığı üçün faydalı olub-olmadığını araşdıran elm adamları mahnıların ağrı hissini azaltdığını aşkar ediblər.

Kanadalı tədqiqatçılar tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, iştirakçılar bəyəndikləri musiqiyə qulaq asdıqda hiss etdikləri ağrı və diskomfort hissini daha az hiss edirlər. Klinika və ya xəstəxanalarda ifa olunan mahnıların isə belə bir təsiri yoxdur.

Kədərli tonlarla musiqi dinləmək də narahatlıq və ağrı hisslərini azaldır. Tədqiqatçıların məqsədi dərman istifadə etmədən ağrı hissini azaltmaqdır. Tədqiqatda iştirakçıların qollarına ağrı hissi verən sistem yerləşdirilib. Bu sistem qola toxunan bir stəkan isti çay kimi hiss etdirir. İştirakçılar, əvvəlcə, heç bir musiqi olmadan ağrıya nə qədər dözə bildikləri ilə bağlı qiymətləndirilib. Daha sonra iştirakçılara enerjili, şən, rahatlaşdırıcı və həzin musiqilər təqdim olunub.

İştirakçılar sevdikləri janr və həzin tonlarda musiqi dinləyərkən bir növ “musiqili relaksasiya” yaşayıblar. Bu rahatlıq hissi yarandıqda ağrı siqnallarını bloklayan neyrofizioloji proses meydana gəlib. Lakin bu təsir müəyyən bir müddət ərzində ağrıları aradan qaldırıb.

Qeyd edək ki, araşdırma Frotiers in Pain Research jurnalında dərc olunub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026