"Saytlarda əvvəlki monitorinqlərlə müqayisədə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ədəbi dil normalarının
pozulması hallarına hələ də çox rast gəlinir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.
Onun sözlərinə görə aşkar edilmiş 4500 dil faktından 3564-ü hesabata daxil edilib: "Saytlarda 1371 orfoqrafik, 356 leksik, 909 qrammatik norma pozuntusu, 928 üslub və ifadə səhvi müəyyən olunub".
















